AZƏRBAYCANDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR SOVET DÖVLƏTİ SİYASƏTİ KONTEKSTİNDƏ (1920-1940)


Özet Görüntüleme: 189 / PDF İndirme: 384

Yazarlar

  • İbrahimova Gulzar Nighde Omer Halisdemir University, Faculty of Economic and Administrative Sciences, Department of Policy and International Relations, Doctor of Political Sciences, Professor

DOI:

https://doi.org/10.46291/ISPECIJSSHvol2iss1pp44-78

Anahtar Kelimeler:

Sovietization, Azerbaijan, national-moral values, family, Fasting, Muharram, Novruz, Oriental music, mugham, language

Özet

Məqalədə sovetləşmənin ilk onilində Azərbaycanda milli-mənəvi dəyərlər sovet dövləti siyasəti kontekstində təhlil edilir. Kommunist totalitarizmini xarakterizə edən  xüsusiyyətlər açıqlanır. Göstərilir ki, iqtisadi həyat da daxil olmaqla cəmiyyətin bütün sferaları total nəzarətə məruz qalır, xüsusi mülkiyyət ləğv olunur, nəticə etibarı ilə fəaliyyətin və cəmiyyət üzvlərinin muxtarlığının hər cür əsasları ləğv edilir. Hakimiyyət və xalq daxili «düşmənə» qarşı, «düşmən» isə xarici əhatə ilə mübarizəyə qalxır. Sosializm dövlətini qurmağa məcbur edilən xalqa tətbiq edilən de-yure və de fakto təzadları digər sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərə zərbə  vurması tarixi faktlarla təhlil edilir.

Arxiv mənbələrinin verdiyi məlumatlara görə qeyd edilir ki, Şimali Azərbaycanı qəsb edən sovet rejimi qısa müddətdə burada 48 min adamı «qırmızı terrorun» qurbanı etmiş və  ölkədə qurulan birpartiyalı diktatura rejimi Azərbaycan xalqının milli məfkurəsinə qadağa qoyaraq xalqın mədəni inkişafı üçün yaratdığı vahid «ənənəvi» sistemlə millət və vətən anlayışını sovet imperiyası məkanında bir pillə də geri atmışdır.Vətəndaşların şəxsi həyatı da daxil olmaqla ideologiya ictimai həyatın bütün sferalarına nüfuz edərək müəyyən hərəkətlərə sərt qadağalar qoymuşdur.

Cari siyasətdə sosializm quruculuğunun həyata keçirilməsində sovet amirlik aparatının ideoloji silahı mənəvi dəyərləri yox etmək uğrunda məqsədli iyrənc siyasət yürüdərək sinfi müba- rizə, beynəlmiləl tərbiyə və dinsizliyin təbliğini gücləndirilmiş, məktəblərdə təcrübi olaraq uşaqlarda bu istiqamətdə təsir üçün bütün vasitələrdən istifadə etmişdir. 1923-cü ildə 2000-dən çox türk müəllimi təqib və sürgün edilmiş, bir çox qəzalarda soy adlarında «bəy», «paşa» olan minlərlə müəllim işdən çıxarılmışdır. 8 sentyabr 1923-cü ildən sonra bağlanan dini nikahlar heç bir hüquqi qüvvə daşımamışdır. Yeni insana vahid «ənənəvi ateizm» ruhlu sosial varlıq kimi baxılaraq məhərrəmliyin keçirilməsi ilə bağlı bütün qadağaların qoyulmuş, totalitar rejim özünün vahid «ənənəvi adət»lərini diktə etməklə toyda adət-ənənəyə uyğun olaraq verilən «damazlıq»ların ləğv edilməsi barədə qərar qəbul etmiş, islam dini adət və ənənələri müx- təlif ölkələrdən yanlış misallar gətirilməklə ramazanın səbəb və məqsədləri təhrif edilərək, orucluq bayramına qadağa qoyulmuş, əsassız səbəblərlə dinə sayğısızlıq göstərilmiş, gənclər arasında din- sizlik tərbiyəsinə xüsusi önəm daşımışdır.

Yaranmış «Allahsızlar ittifaqı» təşkilatının işi xalqın qədim milli adət-ənənələrinə müxtəlif rəsmi qadağalar qoymaqla, milli ruhdan çox-çox uzaq olan yeni adət-ənənələr yaradaraq (qırmızı toy, vətəndaş dəfni və s) və nəticədə xalqın milli və dini dəyərlərinə qarşı hörmətsizliklər anbaan artırmışdır. 1929-cu ildən başlayaraq ibadət binaları -13 qəza üzrə 219 məscid 2 mədrəsə, 18 kilsə digər təyinatlara (at tövləsi, anbar vəs.) verilmişdir. Qadınlar arasında çadranın atılması məcburi şəkildə həyata keçirilmiş, köhnəlik qalıqlarına qarşı mübarizə adı altında  «antipapaq» kompaniyasına başlanılmış, bütün mədəni maarif müəssisəsində çalışanlardan min illər boyu milli qeyrət simvolu sayılan papağın atılması ilə bağlı qərar verilmiş, eləcədə dini və milli bayramlara qarşı açıq hücumlar nəticəsində “Novruz” bayramı dövlət bayramları siyahısından çıxarılmışdır.

 aktlar bir daha göstərir ki, 20-30-cu illərdə rəsmi milli və dini siyasətdə, maarif sistemində, istehsalatda hökm sürən inzibati amirlik metodunun  xüsusiyyətləri Azərbaycanda

 reallaşan dövlət siyasətindən yan keçməmişdir.  Bu  totalitar rejimin həyata keçirdiyi siyasətin görünməyən tərəfləri idi.

Referanslar

AMEA S. Mümtaz adına Əlyazmalar İnstitutu f:18, siy.1, iş 116, 6v

AMEA S. Mümtaz adına Əlyazmalar İnstitutu f:18, siy.1, iş 120

AMEA S. Mümtaz adına Əlyazmalar İnstitutu f:18, siy.1, iş 151, 5v

AMEA S. Mümtaz adına Əlyazmalar İnstitutu f:18, siy.1, iş 158; 2v

AMEA S. Mümtaz adına Əlyazmalar İnstitutu f:18, siy.1, iş 167, 8v

AMEA S. Mümtaz adına Əlyazmalar İnstitutu f:18, siy.1, iş 186, 9v

Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası (2005). 2 cilddə, II c., Bakı: Lider

Azərbaycan Respublikası MDA: f.57, siy.1, iş 322, 122 v.

Azərbaycan Respublikası MDA: f.57, siy.1, iş 1556, 9 v.

Azərbaycan Respublikası MDA: f.57, siy.1, iş 526, 255 v.

Azərbaycan Respublikası MDA: f.57, siy.1, iş 589, 70 v.

Azərbaycan Respublikası MDA: f.57, siy.1, iş 773, 74 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 788, 1v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 944, 14 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 1039, 1v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 1101, 37 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 1422, 3 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 2353, 1 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 2720, 10 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 2727, 1 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 2801, 4 v.

Azərbaycan Respublikası MDA: f.1 siy. 74, iş 287, q.41, 219 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 2907, 2 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 3515, 11 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 3667, 10 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 3969, v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 5247, 6 v.

Azərbaycan Respublikası MDA: f.379, siy.1, iş 5332, 12 v.

Azərbaycan Respublikası MDƏİA: f.366, siy.8, iş 3, 30 v.

Azərbaycan Respublikası MDƏİA: f.442, siy. 4, iş 137, 46 v.

BƏDƏLBƏYLİ, Əfrasiyab (1929). Tar üzərinə mühakimə münasibətilə. “Kommunist” qəz., Bakı, 11 yanvar, №9 (2515)

BÜNYADOV Ziya (1990). Qadınlarımız, qurbanlarımız. «Ədəbiyyat və incəsənət» qəz.,…Bakı, 28 sentyabr

Birinci Türkoloji Qurultay: görünən və görünməyən tərəflər. Elmi sessiyanın materialları (10

iyun 2016-cı il). Bаkı: Еlm və təhsil nəşriyyatı

ƏLIYEV Bəxtiyar (1988). Şəxsiyyət probleminə yeni baxış / Elmi-praktik konfransın materialları, Bakı.

ƏLIYEV, Bəxtiyar-ƏLIYEVA, Kamilə-CABBAROV, Rövşən-MUSTAFAYEV, Mirələm (2007). Şəxsiyyətin özünü gerçəkləşdirməsində özünüdərketmənin rolu // Psixologiya, elmi- praktik jurnal, №1, s. 3-13

GƏNCƏLİ, Sabir (1990)Ağ ləkələrin qaranlıq səhifələri // Azərbaycan qadını, №6

GƏNCƏLİ, Sabir (1988). Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti // Azərbaycan

qadını, , № 11 s.14-16

GƏNCƏLİ, Sabir (1991). İşıqlı ömürlər, kövrək talelər, Bakı:Azərnəşr

GƏNCƏLİ, Sabir (1988). Belə bir ailə vardı // Azərbaycan qadını, 1988, № 12

GƏNCƏLİ, Sabir (1988). Bir ailənin faciəsi // Azərbaycan qadını, 1988, № 8

GƏNCƏLİ, Sabir (1989). Böyük bir nəslin faciəsi //Azərbaycan qadını, № 9

GƏNCƏLİ, Sabir (1982). Maarifpərvər qadın // Azərbaycan qadını, №6

GƏNCƏLİ, Sabir (1990). Mədəniyyət tariximizdən // Azərbaycan qadını, № 11-12

GƏNCƏLİ, Sabir (1989). Ülvi arzular, acı tale // Azərbaycan qadını, № 6

GƏNCƏLİ, Sabir (1988). Haqsızlıq ərşə də qalxsa // Azərbaycan qadını, , № 9

HÜSEYNZADƏ, A.(1989).Ümmugülsümün «Qala xatirələri» // Azərbaycan qadını, № 10

XÜRRƏMQIZI Afaq (2016). I Türkoloji Qurultayda qeyri-türk xalqlarının iştirakı və əlifba məsələsi. Birinci Türkoloji Qurultay: görünən və görünməyən tərəflər. Elmi sessiyanın materialları (10 iyun 2016). Bаkı: Еlm və təhsil nəşriyyatı

İclas. Əli Bayramov klubunda. Evlənmək yaşı haqqında. «Kommunist» qəz., Bakı, 1926, 28 sentyabr

İSLAMZADƏ C.(1987). Bizim Gülara. « Ədəbiyyat və incəsənət» qəz., Bakı, 3 iyul

KAZIMOVA, Kamilə. Şəxsiyyətin sosiallaşmasının bəzi məsələləri // Psixologiya, elmi-

praktik jurnal, 2007, №1, s. 15-22

MƏMMƏDZADƏ, Mirzəbala (2007). Köylü hərəkatı. Lenin siyasəti. Bakı

SULTANOVA, Hökumə (1974). İlk redaktor // Azərbaycan qadını, №3

TAHİRZADƏ Ədalət (2016). Türkoloji Qurultayda Türkİyə qorxusu və "Çk"-Nın "Casus ovu". Birinci Türkoloji Qurultay: görünən və görünməyən tərəflər. Elmi sessiyanın materialları (10 iyun 2016). Bаkı: Еlm və təhsil nəşriyyatı

Tar konservatoriyadan çıxarıldı. // “İnqilab və mədəniyyət” jurnalı. Bakı: 1929, №2

1926-cı il I Bakı türkoloji qurultayı :stenoqram materialları, biblioqrafiya və foto- sənədlər / rus dilindən tərc.: Kamil Nərimanoğlu, Ə. Ağakişiyev(2006). Bakı: Çinar- Çap

АВАКЯН Ар (1926). Даешь 14-ти летних жет ответ тов.Т.Ш. о брачном возрасте. Газ.,

« Бакинский рабочий», 10 сентября

АВАКЯН Ар (1926). К итогам дискуссии по брачному вопросу. Газ., «Бакинский рабочий», 5 ноября

АЛИЕВА, Камила (2002). Творчество как фактор развития личности: Автореф: Дис. канд. псих. наук, Баку

БОГДАНОВ, Д. (1926).Рынок разврата. Газ., «Бакинский рабочий», 1926, 20 сентября

БОГДАНОВ Д.(1926). Два примера о проституции. Газ., «Бакинский Рабочий», 1926, 4 ноября

ГУСЕЙНОВА Ирада. История народов Кавказа. Баку: Тахсил, 2006, 684 с.

КАГРАМАНЛЫ Е. (2012). Фархад Агазаде и Первый Всесоюзный Тюркологический съезд // Ученые записки Таврического Национального Университета имени Вернад- ского. серия филология, том 25 (64), №2, с.24-29

О. Б. Гражданское и брачное совершеннолетие. Газ., «Бакинский рабочий», 1926, 26 сентября

ПЕРЕЛЬМИТР, (1926). К вопросу о брачном возрасте никаких отступлений. Газ.,

«Бакинский рабочий», 26 сентября

СУЛТАНОВА, Айта- АВАКЯН Ар (1926). Спец по брачным вопросам. Газ.,

«Бакинский рабочий», 3 сентября

СУЛТАНОВ, Гамид (1926). Несколько слов по брачному вопросу. Газ., «Бакинский р- абочий», 28 сентября

ТАЛЫБЛЫ, Б. (1926). О брачном возрасте. Газ., «Бакинский рабочий», 1926, 26 сен- тября

Т. Ш. Вопрос о брачном возрасте. Газ.,«Бакинский рабочий», 1926, 9 сентября, 30 сентября

ƏHMƏDOV, Hüseyn (2010) Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri. Azərbaycan müəllimi qəzeti, 9 Aprel, №13 www.muallim.edu.az/www.old/arxiv

RÜSTƏMOVA-TOHİDİ Solmaz,

www.azerbaijan-news.az/index.php?mod=3&id=65174

Cəlil Məmmədquluzadə Ensiklopediyası calilbook.musigi- dunya.az/m/mammedguluzade_calil.html

yasamal.cls.az/more/text/54808

İndir

Yayınlanmış

2018-12-01

Nasıl Atıf Yapılır

Gulzar Ibrahimova. (2018). AZƏRBAYCANDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR SOVET DÖVLƏTİ SİYASƏTİ KONTEKSTİNDƏ (1920-1940). ISPEC Uluslararası Sosyal Ve Beşeri Bilimler Dergisi, 2(1), 44–78. https://doi.org/10.46291/ISPECIJSSHvol2iss1pp44-78

Sayı

Bölüm

Articles